YENİLƏNİB-Meksika şaxtalarında partlayış olub

YENİLƏNİB-Meksika şaxtalarında partlayış olub

4 May 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)


Bir qədər əvvəl xəbər verdiyimiz kimi, Meksikanın şimalında yerləşən kömür şaxtasında metan qazının partlaması və uçqun nəticəsində 3 şaxtaçı ölüb, 14-ü isə yerin altında qalıb. İlkin ehtimala görə, partlayışın metan maddəsinin yanması nəticəsində baş verdiyi bildirilib. Partlayış şaxtanın 50 metr dərinliyində qeydə alınıb.


Agence France-Pressenin yerli hakimiyyət orqanlarına istinadən verdiyi xəbərə görə, partlayışın baş verdiyi şaxta Meksikanın ABŞ-la sərhəddə yerləşən Koauila ştatındadır. Hadisə yerində xilasedicilər işləyir. Hələlik şaxtaçılarla əlaqə yaratmaq mümkün olmayıb.


Qeyd edək ki, Meksikanın bu regionunda 2006-cı ildə baş vermiş partlayışda 65 şaxtaçı həlak olmuşdu.

Şaxtaçı şaxta sözündən götürülsə də, hər zaman alovla və partlayışla mübarizə aparmalı olur...

Tofiq Əliyev

O.M.