Bakıda informatika üzrə I Beynəlxalq Olimpiadaya start verilir

Bakıda informatika üzrə I Beynəlxalq Olimpiadaya start verilir

4 May 2011 10:18
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün Park İnn mehmanxanasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20-ci ildönümü və BMT tərəfindən elan olunmuş beynəlxalq gənclər ili çərçivəsində Şərqi Avropa və MDB ali məktəb tələbələri arasında informatika üzrə I Beynəlxalq Olimpiada öz işinə başlayacaq.


Olimpiadanın keçirilməsində əsas məqsəd tələbələrdə elmi bilik və fəaliyyətə marağın artması, elmi cəmiyyət, dərnək, xüsusi kursların fəaliyyətinin artırılması zəminində həvəsləndirmə, xüsusi istedadlı tələbələrin aşkarlanması üçün şəraitin yaradılması və onların kollektivdə işləmək bacarıqlarının artırılmasıdır.


Tədbirə Belarus, Qazaxıstan, Latviya, Özbəkistan, Estoniya, Qırğızıstan, Ukrayna və Gürcüstandan 33 tələbə qatılır.


Azərbaycan bu yarışda Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Qafqaz universitetindən olan 9 tələbə ilə mübarizə aparacaq. Yarış saat 13.30-da başlayacaq.


Biz bu haqda informasiya verərək informatika yarışmasında qalib olduğumuzu düşünürük...

Elvin Babayev

O.M.