150 milyon dollarlıq "Baku Plaza" oteli açıldı

150 milyon dollarlıq "Baku Plaza" oteli açıldı

4 May 2011 10:14
Bəyəndim (0) Bəyənmədim (0)


İstanbulun mərkəzində - Ləvənddə dəyəri 150 milyon dollar olan 7 ulduzlu "Baku Plaza" otelinin açılışına nəhayət ki, start verilib. 2003-cü ildə "Əl-Qaidə" terror təşkilatı tərəfindən partladılmış HSBC bankı bu gün İstanbulun ən bahalı otelinə dönüb. "Baku Plaza" həmyerlimiz Mübariz Mənsimovun növbəti uğurudur. Bu otel Avropada birinci, dünyada isə ikincidir. Otelin ən bahalı otağı 7500 avrodur. Otelin açılışına Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və Türkiyənin digər rəsmilərin qatıldığı bildirilir. Bu münasibətlə baş tutacaq konsertdə Türkiyənin məşhur müğənnisi Sezen Aksu, nüfuzlu Enbe orkestri, müğənni Hadisə, habelə Rusiyadan dəvət olunmuş Nikolay Baskov iştirak edəcəklər. Otelin özəlliyi həm də orasındadır ki, dünya brendi olan otel özündə dörd dünya brendini birləşdirir. Bura "Edisson" otellər şəbəkəsi, dünya şöhrətli brend olan "Kipriani" italyan restoranı, "SPA" və "Formula -1" yarışlarının sahibinə məxsus "Bilyoner klub" daxildir. Açılış mərasimi Türkiyə kanalları ilə canlı nümayiş olunacaq.


İndən belə "Bakı" İstanbulu daha da gözəlləşdirəcək...


Tofiq Əliyev

O.M.