Çeçenistanda iki mücahid öldürülüb

Çeçenistanda iki mücahid öldürülüb

4 May 2011 09:55
Bəyəndim (0) Bəyənmədim (0)



Çeçenistanda Türkiyə vətəndaşı olduğu iddia edilən bir mücahid öldürülüb. Kürd əsilli olan türkiyəlinin Çeçenistan mücahidlərinin rəhbəri olduğu açıqlanıb. Prezident Ramzan Kadirov bölgədə Səlauddin ləqəbi ilə tanınan mücahidin öldürüldüyünü bildirib. O, "Bu gün gecə saatlarında Vedenski bölgəsində keçirilən əməliyyatda iki mücahid öldürülüb. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, cənubi Qafqazdakı mücahid dəstələrinə rəhbərlik edən və Səlauddin ləqəbi ilə tanınan şəxs kürd əsilli Türkiyə vətəndaşıdır və buraya silahlı mübarizə aparmaq üçün gəlib", - deyə söyləyib. Öldürülən ikinci şəxsin Candulla adlı mücahid olduğunu söyləyən Kadirov bu şəxsin bölgədə fəaliyyət göstərən Muskiyev terror təşkilatının lideri olduğunu söyləyib. O, qeyd edib ki, bu ərazilərdə mücahidlərə qarşı amansız mübarizə davam etdiriləcək.


Ən yaxşı terrorçu ölü terrorçudur...

Elvin Babayev

O.M.