Ben Ladenin öldürülməyi yalan ola bilər

Ben Ladenin öldürülməyi yalan ola bilər

4 May 2011 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstandakı Taliban qruplaşması Əl-Qaidə terror təşkilatının lideri Usama Ben Ladenin ölməsi ilə əlaqədar hələlik kifayət qədər fakt olmadığını açıqlayıb. Bazar günü ABŞ Pakistanda keçirdiyi hərbi əməliyyatlarda Ben Ladenin öldürülməsini açıqlayandan sonra Taliban tərəfindən gələn xəbərdə, "Amerikalıların iddiaları hələ tam həqiqət deyil. Çünki Ben Ladenə yaxın köməkçilər onun ölümü barədə heç bir məlumat verməyiblər. Buna görə də söylənənlərin doğruluğu barədə bir söz demək hələ tezdir", deyə qeyd edilib. Bu barədə açıqlama Talibanın rəhbərlərindən olan Zabibullah Mücahid tərəfindən elektron poçt vasitəsi ilə jurnalistlərə göndərilib.


Bəlkə də bütün bunları Ben Laden kənardan idarə edir?..

Elvin Babayev

O.M.