İlham Əliyev Vadim Zaytsevi qəbul edib

İlham Əliyev Vadim Zaytsevi qəbul edib

4 May 2011 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul edib. Vadim Zaytsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmi qeyd olunub və təhlükəsizlik sahəsində əlaqələri genişləndirməyin zəruriliyi bildirilib. Dövlət başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.


Elvin Babayev


O.M.