Bu gün hava necə olacaq?..

Bu gün hava necə olacaq?..

4 May 2011 09:17
Bəyəndim (0) Bəyənmədim (0)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, mayın 4-də gecə və axşam bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.


Havadan asılı olmayaraq, gününüzü gözəl keçirməyə çalışın...

Elvin Babayev

O.M.