GUAM ölkələrinin gəncləri Gürcüstanda toplaşıb

GUAM ölkələrinin gəncləri Gürcüstanda toplaşıb

4 May 2011 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan İdman və Gənclərin İşi Nazirliyinin təşkilatçılığı ilə Tbilisidə GUAM ölkələri gənclərinin toplantısı keçirilib. Toplantıda GUAM ölkələrində gənclər məsələləri üzrə dövlət qurumlarının yüksək rütbəli məmurları və qeyri-hökumət bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbirə BMT və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qoşulub.


Toplantının iştirakçıları Avropa İttifaqı tərəfindən təqdim olunmuş proqramlarda GUAM ölkələrinin iştirakı, həmçinin gənclər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf imkanları müzakirə edilib. Eyni zamanda yeni layihələr planlaşdırılıb və birgə fəaliyyət proqramı işlənib hazırlanıb.


Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və GUAM-ın baş katibi Valeri Çeçelaşvili də iştirak edib.


Gənclik ölkənin bu günü və sabahıdır...

Elvin Babayev

O.M.