Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi təşkil ediləcək

Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi təşkil ediləcək

3 May 2011 23:15
Bəyəndim (0) Bəyənmədim (0)

AzərTAc Praqada yerləşən "Transitions" təşkilatının press-relizinə istinadla xəbər verir ki, bu il iyul ayında Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi (SXD) təşkil ediləcəkdir. "Transitions" internet və mobil telefon sahəsində iş təcrübəsi olan gəncləri həmin Düşərgədə iştirak etməyə dəvət edir. SXD-nin məqsədi internetlə bağlı ən yaxşı ideyaları üzə çıxarmaq və onların reallaşdırılmasını maliyyələşdirməkdir.
Sosial Yeniliklər Düşərgəsi əhalinin sosial problemlərini həll etmək məqsədilə yaradılmış internet layihəsidir. Düşərgə barədə daha ətraflı məlumat almaq üçün bu ünvana istinad edə bilərsiniz: http://2.syd-az.net/SYD-nedir. SXD-nin əsas məqsədi cəmiyyətin sosial problemlərini həll etməyə imkan verən orijinal layihələri aşkar etmək və maliyyələşdirməkdir. Tədbirin təşkilatçıları ideya müəlliflərinə kömək etmək və onlarla eyni komandada işləmək imkanına malik olan insanları tapmaqla ən yaxşı ideyaların həyata keçirilməsi üçün şərait yaradacaqlar. SXD-də iki formada iştirak etmək mümkündür:
1. İdeya müəllifləri layihənin saytında (http://2.syd-az.net/ideyanizi-gonderin) qeydiyyata alınmalıdırlar. İdeyalar müəyyən meyarlara uyğun olmalıdır. Həmin meyarlarla aşağıdakı saytda tanış olmaq mümkündür: http://2.syd-az.net/ideyalar-nece-olmalidir.
2. Öz ideyası olmayan, lakin başqa iştirakçıların ideyalarını həyata keçirmək imkanı olan şəxslər üçün xüsusi səhifə yaradılmışdır: http://2.syd-az.net/istirakci-kimi-muraciet-edin.
Bu səhifədə son qeydiyyat tarixi iyunun 25-dir.
SXD layihələrini əcnəbi ekspertlər qiymətləndirəcəklər.
Başqa şəhərlərdən gələn iştirakçıların yaşayış, yemək və nəqliyyat xərcləri müvafiq çeklər və biletlər təqdim edilmək şərtilə təşkilatçılar tərəfindən ödəniləcəkdir.
Xatırladaq ki, indiyə qədər buna oxşar düşərgələr Böyük Britaniya, Avstraliya, Slovakiya, Koreya, Çexiya, Gürcüstan və Nigeriyada təşkil edilmişdir. Azərbaycanda bu layihə ilk dəfə "Transitions" təşkilatı tərəfindən keçən il sentyabrın 18-19-da həyata keçirilmişdir.
Əlaqə ünvanları: www.syd-az.net, http://twitter.com/syd_az_net, http://www.facebook.com/group.php?gid=146963008648912, [email protected].


O.M.