Mart ayının ümumi hava proqnozu

Mart ayının ümumi hava proqnozu

28 Fevral 2013 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, mart ayı keçid dövrü olduğundan hava şəraitində tez-tez dəyişmə müşahidə olunur. Mart ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 2-7, gündüzlər 8-13 dərəcə isti təşkil edəcək. İkinci və üçüncü ongünlüyün bəzi günlərində 15-18 dərəcə isti qeydə alınacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 7-9 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr temperaturun 2-7 dərəcə, bəzi günlərdə 1-6 dərəcə şaxta təşkil edəcəyi, gündüzlər 8-13 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 19-24 dərəcə isti qeydə alınacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperatur 3-5 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə, bəzi günlərdə 2-7 dərəcə şaxta olacaq. Gündüzlər temperatur 6-11 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 15-19 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 42-52 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr temperatur 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 9-14 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində temperatur 16—20 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta qeydə alınacaq. Gündüzlər temperatur 6-11 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-19 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti qeydə alınacaq. İkinci və üçüncü ongünlüyün bəzi günlərində temperatur 18-23 dərəcəyə yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 5-8 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxındır. Gecələr 3-8 dərəcə isti, dağlarda 1-6 dərəcə şaxta qeydə alınacaq. Gündüzlər 8-13 dərəcə isti olacaq. İkinci və üçüncü ongünlüyün bəzi günlərində temperatur 18-23 dərəcəyə yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir.

O.M.