Birinci xanımın sirri ortaya çıxdı

Birinci xanımın sirri ortaya çıxdı

3 May 2011 20:41
Bəyəndim (0) Bəyənmədim (0)

Əri ilə birlikdə Cənubi Amerikaya gedən "first-ledy" döyməsi ilə yaxalandı.

Almaniya prezidenti Kristian Valfın yoldaşı Bettina Valf əri ilə çıxdığı Cənubi Amerika gəzintisində izləyənləri çaşdırdı. Ekskursiya zamanı qolsuz bir paltar geyən Valfın davamlı olaraq gizləməyə çalışdığı sağ qolundakı döymə fotoqrafların bir anda diqqətini çəkdi. Və fləşlər ardı-arda partlamağa başladı.
Birinci xanımın əvvəllər gizlədiyi və hər kəsin bixəbər olduğu döyməsi bir anda ortaya çıxınca, bu xəbər mətbuatın gündəminə oturdu.


Görəsən, birinci xanımın ərindən xəlvəti başqa nə sirləri var?..

Günel Həbib

O.M.