Ağcabədidə ev partladı

Ağcabədidə ev partladı

28 Fevral 2013 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 27-də saat 16.30 radələrində Ağcabədi rayonunda yaşayan Rəfiqə Məmmədovanın evində təbii qazın sızmasından ani partlayış baş verib. Oxumeni.az-ın DİN-nin saytına istinadən xəbər verir ki, nəticədə evin pəncərə şüşələri sınıb, evdəki əşyalar dağılıb, yanıq xəsarəti alan orada kirayədə yaşayan Abşeron rayon sakini Sadiq Kamallı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Daha bir yanğın hadisəsi isə elə həmin gün saat 09.35 radələrində Xaçmaz rayonunun Nərəcan kənd sakini İslam Musayevə məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, ev sahibinin yanıq xəsarəti alan qızı - Zümrüd isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

O.M.