Yol terroru: 4 yaralı

Yol terroru: 4 yaralı

28 Fevral 2013 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad rayonunda ağır yol qəzası baş verib. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə fevralın 27-si Qaragüney-Həşimxanlı yolunun 6-cı kilometrliyində, Sabirabad rayonunun Qaralar kəndi ərazisində qeydə alınıb. Belə ki, Qaragüney istiqamətində hərəkətdə olan rayonun Qəzli kənd sakini Cabbarov Qəfər Qədir oğlunun idarə etdiyi "QAZ-031" markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan Saatlı rayonunun Gomuşcu kənd sakini, 48 yaşlı Rahim Cabbar oğlu Hüseynovun idarə etdiyi "VAZ-21012" markalı avtomobil toqquşub.
Toqquşma nəticəsində "QAZ-031"də olan sərnişinlər, Qəzli kənd sakinləri, 32 yaşlı Fazil Mülkəsahib oğlu Rzayev, onun həmyaşıdı Rəhbər Şahsuvar oğlu Kərimov, "Jiquli"nin sürücüsü və maşında olan sərnişin, 48 yaşlı Gülüstan Xasay qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara xəstəxanada ilk tibbi yardım göstərilib. Hadisəyə səbəb yoldakı maneədən qaçmaq istəyən "QAZ-031" markalı avtomobilin "Jiquli"nin yoluna çıxması ehtimal olunur. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

O.M.