Sürücülər, alternativ yollardan istifadə edin!

Sürücülər, alternativ yollardan istifadə edin!

28 Fevral 2013 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Mərkəzdən verilən məlumata görə, Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində təmir qazıntı işləri ilə əlaqədar kənar yolda tıxac yaranıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Qeyd edək ki, Heydər Əliyev prospektinin müxtəlif hissələrində artıq xeyli müddətdir ki qazıntı-tikinti işləri görülür. Bu səbəbdən prospektdə tez-tez tıxac yaranır.

O.M.