Venesuela prezidenti öldü!

Venesuela prezidenti öldü!

28 Fevral 2013 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela prezidenti Uqo Çaves 4 gün əvvəl Kubada dünyasını dəyişib və beyin ölümü gerçəkləşən Çaves Havanadan Venesuelaya gətirilib. Bu şok bəyanatla Amerika Dövlətləri Təşkilatındakı sabiq Panama səfiri Qilyermo Koçes çıxış edib. Sabiq səfir Kolumbiya telekanallarından birində bildirib ki, Venesuela prezidentinin həyat aparatından ayrılmasının Kubada deyil, vətənində icra edilməsi məqsədilə onu Karakasa gətiriblər.
Venesuelanın Xarici İşlər Nazirliyi bu iddiaları təkzib edib və onların bütün faktlara zidd olduğunu bəyan edib. Bu bəyanata cavab olaraq isə Qilyermo Koçes şayiələrin təkzib edilməsi üçün Uqo Çavesin xalq arasına çıxmasını təklif edib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, Uqo Çaves Kubada 2 aylıq onkoloji müalicə kursundan sonra Venesuelaya qayıdıb və hazırda hərbi hospitalda müalicəsini davam etdirir. Bu müddət ərzində kütləvi-informasiya vasitələrində Venesuela prezidentinin öz qızları ilə birlikdə xəstəxanada çəkilmiş cəmi bir şəkli yayılıb.

O.M.