Ermənilər Azərbaycana hücum edirlər

Ermənilər Azərbaycana hücum edirlər

28 Fevral 2013 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər Azərbaycan saytlarına Xocalı faciəsi ərəfəsində hücum edib. AMEA RSXM-ın mətbuat xidmətindən daxil olan xəbərə görə, Xocalı faciəsinin ildönümü ərəfəsində erməni hakerlərinin Azərbaycanın dövlət qurumlarının rəsmi internet saytlarına hücumları davam edir. Məlumat üçün qeyd edək ki, fevralın 24-dən başlayaraq bu günə qədər AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin iki rəsmi saytı – www.seismology.az və www.seismology.az/journal erməni hakerlər tərəfindən davamlı hücumlara məruz qalıb. Saytdan bildiririrlər ki, hazırda hər iki saytda məlumatların bərpası prosesi gedir: "Oxuculardan xahiş edirik ki, hansısa məlumatdan istifadə edərkən diqqətli olsunlar".

O.M.