Kişi yanaraq ölüb

Kişi yanaraq ölüb

28 Fevral 2013 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhər sakini yanaraq ölüb. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə 11-ci mikrorayon, ev-34, mənzil-16 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1943-cü il təvəllüdlü Əsgər Tanrıverdi oğlu Orucovun üzərinə qaynar su tökülüb. Yanıq xəsarətləri alan Ə. Orucov xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

O.M.