“VAZ 21015” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb

“VAZ 21015” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb

28 Fevral 2013 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Rəşid Behbudov küçəsində qeydə alınıb. Belə ki, Hüseynov Kənan İsfəndiyar oğlu idarə etdiyi "VAZ 21015" markalı minik avtomobili ilə qarşıda hərəkətdə olan Məmmdəov Samir Mütəllim oğluna məxsus "Subaru" markalı digər nəqliyyat vasitəsinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da hər iki avomobilə ziyan dəyib. Faktla bağlı Nəsimi rayon dövlət yol polisi şöbəsində araşdırmalar aparılır.

O.M.