"Jiquli" iki maşınla toqquşub

"Jiquli" iki maşınla toqquşub

28 Fevral 2013 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Günəşli qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində qeydə alınan qəza zamanı 3 minik avtomobili toqquşub. Şıxlınski küçəsi ilə üzü Mehmandarov küçəsi istiqamətində hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobili ilk öncə "Bmw" markalı, daha sonra "Kia" markalı digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində "Jiquli"nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Fatkla bağlı Xətai rayon polis idarəsində araşdırmalar aparılır.

O.M.