Şəkidə piyadalar qəfildən sürücünün qarşısına çıxıblar...

Şəkidə piyadalar qəfildən sürücünün qarşısına çıxıblar...

28 Fevral 2013 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə Şəkinin köhnə Oğuz yolu adlanan ərazisində baş verib. Hadisə zamanı Şəki şəhər sakini Cəfərov Fərhad Knyaz oğlu idarə etdiyi 10-KV-991 dövlət nömrə nişanlı "VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Şəkinin İncə kənd sakini Mustafayeva Sitarə Məmməd qızını vurub. Hadisə zamanı Mustafayeva Sitarə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücünün sözlərinə görə, piyadalar iki nəfər olub və onlar qəfildən onun qarşısına çıxıblar. Qəza zamanı sürücü heç bir xəsarət almayıb və avtomobilə ziyan dəyməyib. Qəzanın dəqiq olaraq hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırmalar aparılır.

O.M.