VİDEO: Bu da sabiq rektorun yeni bombası!

VİDEO: Bu da sabiq rektorun yeni bombası!

28 Fevral 2013 09:39
555
Bəyəndim (0) Bəyənmədim (0)
Elşad Abdullayevin gecikən videosu

Bu gün keçmiş MTN zabiti Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin ilk iclası keçirilib. Musavat.com-un məlumatına görə, Mahir Abdullayevin qohumu Azad Mürsəliyevin rəhbərlik etdiyi komitədə bir sıra hüquq müdafiəçiləri və jurnalistlər təmsil olunurlar. İclasda yeni video nümayiş etdirilib. Videogörüntülər Mahir Abdullayevin qardaşı, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin özünü Prezidenin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən Səftər adlı şəxslə söhbəti əks olunub. Səftər olduğu bildirilən adam Elşad Abdullayevdən Mahir Abdullayevin qaytarılması müqabilində pul istəyir.
Videonun anonsu 27 fevralda, səhər saatlarından elan edilsə də, onu ancaq 23.30 radələrində əldə edə bildik. Müəyyən texniki problemlərə görə, videonun yayımlanması MK tərəfindən mümkün olmayıb. Yalnız 27 fevral 23 - 24 radələrində musavat.com bu videonu hissə-hissə sayta yükləyə bilib.