Usamanın heykəli qoyuldu

Usamanın heykəli qoyuldu

3 May 2011 20:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bura Hindistanın Orissa şəhərindəki bir qumluqdur. Hindistanlı qum sənətçisi Sudarşan Patnayik 2 mayda Pakistandakı bir əməliyyatda ABŞ qüvvələri tərəfindən vurularaq öldürülən Əl-Qaidə terror təşkilatının lideri Usama Ben Ladenin qumdan heykəlini düzəltdi. Nəhəng heykəlin üzərinə isə 'Usama Ben Laden: The End' (Son) yazan sənətçinin bu maraqlı heykəlini ətrafdakılar böyük maraqla qarşılaşdı.

Ben Ladenin qumdan heykəli bir neçə gün ərzində böyük bir ehtimalla dağıdılacaq. Ancaq tarixi dəyişdirən və çirkli izlər buraxan terrorçu heç şübhəsiz bu dünyadan- tarixdən o qədər də asan silinməyəcək...

Günel Həbib

O.M.