Ərəblər Qay Foksun maskasından qorxdular

Ərəblər Qay Foksun maskasından qorxdular

27 Fevral 2013 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bəhreyn krallığında hakim rejimə qarşı kütləvi xalq etirazlarının daha da güclənməsi ilə bağlı olaraq hakimiyyət dairələri Qay Foksun maskasının idxalını yasaqlayıblar. "Al Arabiya" bildirir ki, Bəhreynin sənaye və ticarət naziri Həssan Fahro bununla bağlı qərar imzalayıb. Nazirin imzaladığı sənədə görə, Qay Foksun maskasını ölkəyə idxal etməyə çalışan hər şəxsi uzun müddətli həbs gözləyir. Bundan başqa, maskanı idxal etməyə cəhd edən şirkətlər də sərt cəzalandırılacaqlar. Bəhreyndəki nümayişçilər üzlərini Qay Foksun maskası altında gizlədikləri üçün bu maska kral hakimiyyətinə qarşı mübarizənin qeyri-rəsmi simvoluna çevrilib.

2005-ci ildə çəkilmiş "V-deməli, Vendetta" filmindən sonra populyarlaşan qara-ağ maska indi dünyaca məşhurdur.

O.M.