Aşan maşında sürücünü hava yastığı xilas etdi

Aşan maşında sürücünü hava yastığı xilas etdi

27 Fevral 2013 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Rayon Polis İdarəsindən verilən məlumata görə, gecə saat 01.00 radələrində Azadlıq prospektində yüksək sürətlə hərəkət edən "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb, sonra isə çevrilib. Qəza zamanı sürücü hava yastığı vasitəsilə xəsarətsiz qurtulsa da, avtomobilə ciddi ziyan dəyib. Maşının aşması nəticəsində yanacaq çəni deşilərək benzin ətrafa yayılıb. Xoşbəxtlikdən, yanğın baş verməyib. Faktla bağlı araşdırma aparılır.

O.M.