Sevgilisini itirən qadın polislərdən yardım istədi

Sevgilisini itirən qadın polislərdən yardım istədi

27 Fevral 2013 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda qadın sevgilisini axtarır. Rayon Polis İdarəsindən verilən məlumata görə, Cəfər Cabbarlı küçəsi, ev 37-də yaşayan H.Ə. polisə müraciət edərək sevgilisi Soltan Muradovu axtardığını deyib. Qadın Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciətində göstərib ki, qeyri-rəsmi yaşadığı S.Muradov fevralın 14-də kompüter düzəltmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

O.M.