Yol polisi:"Sürücülər belə hava şəraitində şəxsi avtomobillərdən istifadədən mümkün qədər imtina etsinlər"

Yol polisi:"Sürücülər belə hava şəraitində şəxsi avtomobillərdən istifadədən mümkün qədər imtina etsinlər"

27 Fevral 2013 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov deyib ki, Bakıda yağan aramsız yağış bəzi küçə və yolları keçilməz edib. Yaxşı olar ki, sürücülər belə hava şəraitində şəxsi avtomobillərdən istifadədən mümkün qədər imtina etsinlər və ictimai nəqliyyatdan istfadəyə üstünlük versinlər. Yol nişanlarının tələblərinə uyğun hərəkət etsinlər. Bölmə rəisi həmçinin söyləyib ki, Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai rayonlarında müəyyən sıxlıqlar müşahidə olunur. Hazırda yol polisi gücləndirilmiş iş rejimində çalışır.
Xatırldaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yağışlar bü gün, sabah davam edəcək.

O.M.