Əkrəm Əylisli “Xocalı” abidəsini ziyarət etdi

Əkrəm Əylisli “Xocalı” abidəsini ziyarət etdi

26 Fevral 2013 13:54
Bəyəndim (0) Bəyənmədim (0)
O, abidəni ziyarət edərkən, heç bir təzyiq və təhdidlə üzləşməyib

Yazıçı Əkrəm Əylisli bu gün Xocalı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" xatirə kompleksini ziyarət edib. Bu barədə yerli saytların birinə yazıçının özü açıqlama verib. Yazıçının dediyinə görə o, hər il abidəni ziyarət edir: "Bu il də ziyarət elədim. Mənim bu addımım təəccüb doğurmamalıdır". Yazıçı qeyd edib ki, o abidəni ziyarət edərkən, heç bir təzyiq və təhdidlə üzləşməyib. Qeyd edək ki, Əkrəm Əylislinin "Daş yuxular" romanı ətrafında qalmaqal yaranıb.

O.M.