Minik maşını körpüdən çaya düşdü: 1 ölü, 2 yaralı

Minik maşını körpüdən çaya düşdü: 1 ölü, 2 yaralı

26 Fevral 2013 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir şəhəri ərazisində minik maşını Kür çayına düşüb. Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rəhim Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, onu körpüdən Kür çayına aşırıb. Nəticədə sərnişin Elnaz Məmmədova suda boğulub. Sürücü və digər sərnişini Aynurə Məmmədova isə xilas ediliblər.

O.M.