47 yaşlı iş adamı stulunda keçindi

47 yaşlı iş adamı stulunda keçindi

26 Fevral 2013 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 25-də Abşeron rayonunda kafedə ölüm hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Ceyranbatan qəsəbəsində kafe sahibi öz iş yerində qəfil ölüb. Məlumata görə, qəsəbənin 20 Yanvar küçəsində yaşayan 1966-cı il təvəllüdlü İbrahimi Yaşar Əvəz oğlu G.Abdullayev küçəsindəki kafedə, öz otağında stulda oturarkən qəfil yıxılıb. 47 yaşlı kişi hadisə yerində keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Fakt üzrə müvafiq ekspertizalar təyin edilib. Ölümün səbəbləri araşdırılır.

O.M.