Yeni rəis sabiq rəisə yaxın sayılan şəxsləri “vuracaq”

Yeni rəis sabiq rəisə yaxın sayılan şəxsləri “vuracaq”

26 Fevral 2013 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alan Faiq Şabanov sabiq rəis Rasim Musayevə yaxın sayılan şəxsləri "vuracaq". Bununla bağlı "Bizim Yol"a Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub. Həmin məlumatda qeyd olunur ki, Faiq Şabanov baş idarənin batalyon komandirini işindən azad edib. Faiq Şabanov həmçinin, Rasim Musayevin rəis olduğu dönəmdə "spesnaz"a qəbul edilən əməkdaşları da işdən qovacağı ilə hədələyib. Rəis şəxsi heyətlə görüşü zamanı bildirib ki, xüsusi təyinatlı dəstə yenidən idmançılardan təşkil olunmalıdır. Onun sözlərinə görə, əməkdaşlar bu kriteriyalara cavab vermir və onları polis orqanlarından xaric edəcək.

Başqa bir məlumatda isə qeyd olunur ki, Faiq Şabanov Gəncə Dövlət Yol Polisi İdarəsinin rəisi Rafiq Abbasovu da işdən çıxarmağa hazırlaşır. Polis rəisinin bu posta yaxın qohumlarından birini gəticəcəyi bildirilir. Gəncənin yeni polis rəisi ilə bağlı əldə etdiyimiz məlumatda o qeyd olunur ki, şəhərin hər iki rayonunda bölmə rəisləri və müavinləri vəzifələrində də dəyişikliklər olacaq.

O.M.