Bakıda avtobus sürücüləri nəqliyyatı sürücülük vəsiqəsi olmadan idarə edirlərmiş

Bakıda avtobus sürücüləri nəqliyyatı sürücülük vəsiqəsi olmadan idarə edirlərmiş

26 Fevral 2013 11:56
497
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçirilən reydlərdə sürücülük vəsiqəsi olmadan avtobus sürən sürücülər aşkarlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, DYP əməkdaşları ötən gün paytaxt ərazisində ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizam qaydasının təkmilləşdirilməsi, həmçinin yol nəqliyyat hadisələrinin minimuma endirmək üçün paytaxt ərazisində reydlər keçirib. Reydlər metronun "İnşaatçılar", "Elmlər Akademiyası", "Koroğlu" stansiyaların qarşısında, Hüseyn Cavid və Nəriman Nərimanov prospektində keçirilib. Reyd zamanı müvafiq kateqoriyası olmadan nəqliyyat vasitəsini idarə edən 6 sürücü, sürücülük vəsiqəsi olmayan 2 nəfər, işıqforun qırmızı işığının tələbi gözləməyən 1 sürücü, yolayrıcı keçmə qaydasını əməl etməyən 3 sürücü, sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxili olan 1 sürücü, qanunla qadağan olunan yerdə nəqliyyat vasitəsini saxlayan 9 avtobus sürücüsü, avtobus dayanacağını qanunsuz zəbt edən 38 taksi sürücü aşkar edilib. Aşkar edilən bütün faktlar üzrə inzibati qaydada cəza tədbirləri görülüb.

O.M.