Bu xəbərə dəyərdi

Bu xəbərə dəyərdi

3 May 2011 22:05
Bəyəndim (0) Bəyənmədim (0)

11 sentyabr hadisələrindən sonra Usama Ben Laden yaxalanmayınca saqqalını kəsməyəcəyinə söz verən məktəb müəllimi Qari Medlin arzusu gerçəkləşdi. Elə bu səbəbdən o, 10 illik saqqallarına bir xəbərlə qayçı vurdu. 11 sentyabr hadisələri zamanı ətrafdakı məktəblərin birində növbətçi müəllim olduğunu söyləyən Qari həmin vaxtlar xəbərlərə daha çox vaxt ayırdığı üçün saqqalını kəsməyi unudub. 1 həftə sonra Ben Laden tutulana qədər saqqalını uzadacağına dair qərar çıxaran müəllim, "O aralar bunun 2-3 ayda yekunlaşacağını düşünürdüm", - dedi. Qari saqqalları ilə Ben Ladenin özünə bənzədiyi həqiqətini də qəbul edib.


İndən belə saqqallıların ovu başlayacaq. Bir azdan Buratino filmindəki Karabas- Barabas obrazı da Ben Ladenlə əlaqələndiriləcək...

Günel Həbib

O.M.