Xəzər rayonunda baş vermiş yanğında bir kişi külə döndü

Xəzər rayonunda baş vermiş yanğında bir kişi külə döndü

26 Fevral 2013 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli yanğın hadisəsi baş verib. Xəzər rayon Yanğından Mühafizə bölməsindən verilən məlumata görə, Əncirlik qəsəbəsində yeni tikilmiş evlərdən biri tamamilə yanıb. Yanğın söndürüldükdən sonra evdən 50-55 yaşlı kişiyə məxsus meyit tapılıb. Meyit ekspertizaya göndərilib. Faktla əlaqədar müvafiq orqanlarda araşdırmalar aparılır. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

O.M.