71 yaşlı kişi evində ölmüş vəziyyətdə tapıldı

71 yaşlı kişi evində ölmüş vəziyyətdə tapıldı

26 Fevral 2013 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Bakının Binəqədi rayonunda 71 yaşlı kişi meyiti tapılıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1941-ci il təvəllüdlü Aydın Cəbrayıl oğlu Qurbanovun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab verməyib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi yaşayış evinin pəncərsindən içəri daxil olublar. Mənzilə baxış keçirilərkən kişi otaqda huşsuz tapılıb. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində A.Qurbanovun öldüyü müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:28 radələrində başa çatıb.

O.M.