"Memar Əcəmi" stansiyası yaxınlığında sərnişin avtobusu aşıb

"Memar Əcəmi" stansiyası yaxınlığında sərnişin avtobusu aşıb

26 Fevral 2013 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyası yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. Yol qəzası nəticəsində avtobus aşıb. Yol qəzası faktını Nəsimi rayon Polis İdarəsindən də təsdiqləyiblər. Hadisə nəticəsində heç kimin yaralanmadığı bildirilib. Avtobusda sürücü və bir qadın sərnişin olub. Yol qəzasının səbəbləri araşdırılır.

O.M.