22 yaşlı fəhlə binadan yıxılaraq öldü

22 yaşlı fəhlə binadan yıxılaraq öldü

26 Fevral 2013 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Nəsimi rayonu ərazisində tikinti sahəsində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Oxumeni.az-a verilən məlumata görə, fevralın 25-də saat 18 radələrində H.Əliyev küçəsi ilə Ə.Quliyev küçəsinin kəsişməsində "21-ci əsr" MMC-nin tikdiyi çoxmərtəbəli binadan fəhlə yıxılıb. Binanın 12-ci mərtəbəsində beton deşmə işləri ilə məşğul olan usta köməkçisi, 1991-ci il təvəllüdlü Əliyev Emin Tahir oğlu 12-ci mərtəbədəki eyvandan 4-cü mərtəbədəki eyvana yıxılıb. 22 yaşlı oğlan aldığı ağır bədən xəsarətlərindən yerindəcə keçinib. Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

O.M.