Tikinti şirkətlərinə məxsus avtomobillər toqquşdu

Tikinti şirkətlərinə məxsus avtomobillər toqquşdu

26 Fevral 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Bakı-Quba yolunun 95-ci kilometrliyində tikinti şirkətlərinə məxsus avtomobillər ağır yol qəzası törədib. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Azərkörpü" tikinti şirkətinə məxsus 1971-ci il təvəllüdlü Faiq İsmayıl oğlu Abdullayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili "Aztrans" tikinti şirkətinə məxsus vətəndaş tərəfindən idarə olunan "Shaqman" markalı yük avtomobililə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla sürücünün meyidi avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 07:47 radələrində başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

O.M.