Xalq artisti Xocalı soyqırımı abidəsini yad etdi

Xalq artisti Xocalı soyqırımı abidəsini yad etdi

25 Fevral 2013 18:17
Bəyəndim (0) Bəyənmədim (0)
Onun səsi xalqının səsinə qarışdı

Azərbaycanın xalq artisti Faiq Ağayev bu gün vətəndaş mövqeyini bir daha nümayiş etdirdi. O, Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində şəhidlərin xatirəsinə ucalmış abidəni ziyarət etdi. Virtual aləmdə açılan diskussiyalarda daim xalqının həqiqətlərini bəyan edən, opponentləri ilə qızğın mübahisələrdən belə çəkinməyən müğənni bu gün də adətindən geri qalmadı. Xalq artisti sosial şəbəkələrdə tanış olduğu sadə həmvətənləri ilə birlikdə xalqının haqq səsinə səs vermiş oldu.

Müğənninin gözəl səsi, sənətkarın isə gözəl ürəyi olmalıdır. Çünki ifa ürəkdən gəldikdə, səs xalqın haqq səsinə qarışır və ən zil notlaradək yüksəlir.

Şəlalə Nəriman

O.M.