TRT Xocalı həqiqətlərini dünyaya çatdırır

TRT Xocalı həqiqətlərini dünyaya çatdırır

25 Fevral 2013 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Radio Televiziya Qurumunun (TRT) kanalları son 4 gündə Xocalı faciəsi ilə bağlı proqramlar yayınlayıb və hazırda bunu davam etdirir. TRT-nin Bakı nümayəndəliyindən verilən xəbərə görə, TRT-1, "TRT Haber", "TRT Türk", "TRT Avaz" və TRT-nin ərəbcə kanalında Xocalı həqiqətləri izləyicilərə çatdırılır. Fevralın 24-də gecə ərəbcə kanalda Bakıdan canlı yayın verilib və ərəb dünyası Xocalı soyqırımı haqda məlumatlandırılıb.
TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan fevralın 26-da TRT-nin 5 kanalında Xocalı haqqında özəl proqramlar veriləcəyini söyləyib. "TRT Avaz" gün ərzində faciənin ildönümünü diqqətdə saxlayacaq. Verilişlərə Azərbaycandan ekspertlər və millət vəkilləri də qatılacaq. Azərbaycan XİN-in sözçüsü Elman Abdullayev isə "TRT Haber"in qonağı olacaq.
TRT Bakı təmsilçiliyinin hazırladığı "Hayellerim vardı" və "Hocalı yaşıyor" adlı sənədli filmlər də ekranlara gələcək.

O.M.