Buludlu və çiskinli hava şəraiti davam edəcək

Buludlu və çiskinli hava şəraiti davam edəcək

25 Fevral 2013 12:04
Bəyəndim (0) Bəyənmədim (0)
Əsasən gecə və səhər saatlarında yağış yağacaq

Yaxın 2 gün ərzində ölkə ərazisində əsasən gecə və səhər saatlarında yağışlı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi xəbərə əsasən, fevralın 26-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Cənub-şərq küləyi əsəcək. Temperatur gecə 3-5, gündüz 6-10 dərəcə isti olacaq. Fevralın 27-də havanın tutqun olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Fevralın 27-də hava gecə 3-5 dərəcə, gündüz 7-10 isti olacaq.
Respublikanın rayonlarda yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Fevralın 27-də bölgələrdə əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı duman, şərq rayonlarında çiskin olacaq. Aran rayonlarında gecə 6-8, gündüz, 9-14 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 3-8 dərəcə isti gözlənilir. Fevralın 26-27 Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

O.M.