Fələstində milli barışıq sazişi imzalanıb

Fələstində milli barışıq sazişi imzalanıb

3 May 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstin Azadlıq Təşkilatı və Həmas milli barışıq sazişi imzalayıb.


Bu gün Fələstin Azadlıq Təşkilatı və Həmas Qahirədə milli barışıq və vahid hakimiyyət orqanlarının yaradılması barədə saziş imzalayıblar.


"France-Presse" agentliyinin verdiyi məlumata görə, razılaşma bitərəf peşəkarlardan ibarət texnoloqlar hökuməti yaradılmasını, eyni zamanda Fələstin Muxtariyyətində saziş imzalandığı andan başlayaraq parlament və prezident seçkilərinin keçirilməsini nəzərdə tutur.

Seçki öncəsi kampaniyanı və səsverməni hər iki təşkilatın təmsilçilərindən ibarət olacaq 12 nəfərlik tribunal izləyəcək.

Qeyd edək ki, Həmas Qəzza sektoruna, Fələstin Azadlıq Təşkilatı isə Fələstin Muxtariyyətinin digər ərazilərinə nəzarət edir.


Xatırladaq ki, ABŞ və İsrail tərəfi bu sazişə qarşı çıxmış, müqavilə imzalanacağı təqdirdə Qəzza bölgəsinə göndərilən humanitar yardımları kəsəcəyini bildirmişdi.


Parçala, hökm sür siyasəti imperialistlərin yeganə idarə üsuludur.

Hafiz Əhmədov

O.M.