Ankarada Xocalı aksiyasına hücum: 7 yaralı

Ankarada Xocalı aksiyasına hücum: 7 yaralı

25 Fevral 2013 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə hücum olub. Hadisə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün imza toplanılması zamanı baş verib. Gökbörü Türkçülər Dərnəyinin tədbirinə bir qrup şəxs hücum edib. Stendi dağıdan qrup aksiya iştirakçılarına daş, dəyənək və şüşə parçaları ilə xəsarətlər yetirməyə başlayıb. Hadisə nəticəsində 7 nəfər yaralanıb.

O.M.