Bakıda minik maşını külə döndü

Bakıda minik maşını külə döndü

23 Fevral 2013 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakıda minik maşını yanaraq külə dönüb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Sabunçu rayonunda vətəndaşa məxsus "Мoskviç" markalı minik avtomobilində baş verib. Mühərrik hissəsindən başlayan yanğın qısa zamanda bütün maşını bürüyüb. Nəticədə maşın yanıb. Yanğın saat 03:49 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.