Balakəndə yanğın

Balakəndə yanğın

23 Fevral 2013 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Balakəndə yanğın hadisəsi baş verib. Bu barədə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Yanğın Balakən rayonu, Qaysa kəndində Purtiyeva Cəriyət Əli qızının yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 150 kv/m olan mal tövləsində baş verib. Hadisə yerinə FHN-nin Balakən rayon YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Baş vermiş yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 6 ton quru ot kütləsi yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı ev yanğından mühafizə edilib. Fakla bağlı FHN-nin Balakən rayon YMH-də araşdırma aparılır.

O.M.