Mövqelərimiz 4 istiqamətdən atəşə tutuldu

Mövqelərimiz 4 istiqamətdən atəşə tutuldu

23 Fevral 2013 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxumeni.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu, kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.