Azərbaycanda ağır qəza: ölən və yaralı var

Azərbaycanda ağır qəza: ölən və yaralı var

23 Fevral 2013 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Ələt-Astara yolunda ölümlə nəticələnən qəza baş verib. Ələt-Astara yolunun 146-cı kilometrliyində, Cəlilabad rayonu ərazisində 1968-ci il təvəllüdlü Teymur İbrahim oğlu Babayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb.Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü xəsarət alıb. Maşındakı sərnişin - 1971-ci il təvəllüdlü Şəlalə Böyükxan qızı Mehdiyeva hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər yaralı T.Babayevi və Ş.Mehdiyevanın cəsədini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.