Xocalı soyqırımı Ermənistan səfirliyinin binası qarşısında anılıb

Xocalı soyqırımı Ermənistan səfirliyinin binası qarşısında anılıb

23 Fevral 2013 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da yaşayan azərbaycanlılar Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 22-də yerli vaxtla saat 12:00-da Ermənistanın bu ölkədəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Xocalı soyqırım Ermənistan səfirliyinin binası qarşısında anılıb

ABŞ-da yaşayan azərbaycanlılar Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 22-də yerli vaxtla saat 12:00-da Ermənistanın bu ölkədəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Məlumata görə, aksiya iştirakçılarının əllərində Azərbaycan bayraqları və Xocalı soyqırımını əks etdirən fotolar olub. Aksiyada "Amerika, erməniyə dəstək olma!", "Xocalı soyqırımdır!", "Ermənilər uşaq və qadın qatilidir!", "Ermənilər Qarabağdan çıxsın!" kimi şüarlar səsləndirilib. Piketdə Azərbaycan və Türkiyə media nümayəndələri də iştirak edib.

O.M.