23 il əvvələ qədər 23 fevral “Kişilər Bayramı” kimi qeyd olunurdu

23 il əvvələ qədər 23 fevral “Kişilər Bayramı” kimi qeyd olunurdu

23 Fevral 2013 00:28
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün isə həmin tarix ölkəmizdə heç nə ilə əlamətdar deyil

Bu gün 2013-cü ilin 23 fevral tarixidir. Qriqori təqviminə görə yeni ilin 54-cü günüdür, deməli, ilin bitməsinə 311 gün qalır. Ölkəmizdə 23 fevral heç nə ilə əlamətdar deyil. Lakin SSRİ dövründə o "Silahlı Qüvvələr" adı ilə "Kişilər günü" kimi qeyd olunurdu. Yeri gəlmişkən, indi də bəzi bölgələrimizdə məhz bu gün məktəbli oğlanlar sinif qızları tərəfindən təbrik edilir.

Maraqlıdır ki, müstəqillik əldə etmiş Rusiya, Belorus, Ukrayna, Qırğızıstan və Tacikistanda bu gün hələ də "Silahlı Qüvvələr Günü" kimi qeyd olunur. Çeçenistanda isə 23 fevral haqlı olaraq "Xatirə və Hüzn Günü" kimi anılır. Bu gün Bruney xalqı müstəqillik bayramını, Qayana isə "Respublika Günü"nü qeyd edəcək.

Təqvimdəki günün tarixi əhəmiyyətindən asılı olmayaraq, hər birinizə xoş gün arzulayırıq!

O.M.