Ermənilər ötən ay atəşkəs rejimini 36 dəfə pozublar

Ermənilər ötən ay atəşkəs rejimini 36 dəfə pozublar

3 May 2011 16:52
Bəyəndim (0) Bəyənmədim (0)

Aprel ayında Ermənistan-Azərbaycan dövlət sərhədində və Qarabağ cəbhəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 36 dəfə pozulub. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatları əsasında aparılan monitorinqin nəticələrinə görə, aprel ayında ermənilərin fəallaşması daha çox cənub cəbhəsində - Xocavənd, Füzuli və Cəbrayıl istiqamətlərində müşahidə olunub. Aprel ayında atəşkəs rejiminin ən çox pozulması halı Füzuli rayonunda qeydə alınıb - 14 dəfə. Atəşkəsin pozulması faktlarına görə, sonrakı yerlərdə Tərtər (6), Qazax (5) və Ağdam (4) rayonları gəlir. Bundan başqa, aprel ayında Xocavənd rayonu istiqamətində atəşkəs rejimi 3, Cəbrayılda 2, Goranboyda 2 dəfə pozulub. Ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu (2-si Xocavənddə, 1 nəfər isə Füzulidə) yaralanıb. Qeyd edək ki, 2011-ci ilin yanvar-aprel aylarında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 196 dəfə (yanvar ayında 24, fevralda 56, martda 80, apreldə 36 dəfə) pozulub. Ümumilikdə, 2010-cu ilin ilk 4 ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu, 1 mülki sakin (uşaq) şəhid olub, 4 nəfər isə yaralanıb. Həmçinin cəbhə xəttinə yaxın sahədə 2 mülki sakin minaya düşüb. Onlardan biri yaralanıb, digəri isə həlak olub.


Bəs, görəsən ATƏT-in Minsk qrupunun monitorinqləri nəyi təhlil edir və kimə lazımdır?

Tofiq Əliyev

O.M.