Bu il Kubada 54 illik Kastro dövrü bitə bilər

Bu il Kubada 54 illik Kastro dövrü bitə bilər

23 Fevral 2013 00:04
Bəyəndim (0) Bəyənmədim (0)
Fidelin ardınca 82 yaşlı Raul Kastro da istefaya getməyə hazırlaşır

Kuba inqilabının lideri məşhur Komandante Fidel Kastro bir neçə ildir siyasi səhnədən uzaqlaşıb. O, yaşı və səhhəti ilə əlaqədar fəxri təqaüdə çıxıb və epizodik görüntülər nəzərə alınmasa, cəmiyyət qarşısında görünməməyə üstünlük verir. Ölkəni isə bir neçə ildir liderin yaxın silahdaşı və qardaşı Raul Kastro idarə edir.

ABŞ-ın ispandilli El Nuevo Herald qəzetinin yaydığı məlumata görə, artıq Raul Kastro da təqaüdə çıxmaq barədə düşünməyə başlayıb. O, bir neçə saat əvvəl jurnalistlərlə görüşündə gözlənilmədən planlarını açıqlayıb: "Bu yaxınlarda 82 yaşım tamam olacaq və mənim istefaya getməyə mənəvi haqqım çatır". Daha sonra o, auditoriyaya müraciət edərək təbəssümlə soruşub: "Siz mənimlə razısınız?" Bununla belə yoldaş Raul mümkün istefasının tarixini açıqlamayıb.

Xatırladaq ki, 1959-cu il Kuba inqilabından sonra ölkəni Kastro qardaşları idarə edir. Onların idarəçiliyi Kubanı səfalətə qədər sürükləyib.

O.M.